Məhəmməd Mirzəbəyov: Hər komanda Xorvatiya ilə heç-heçə edə bilmir
4 sentyabr 2015 18:00
Azərbaycan yığmasının müdafiəçisi Məhəmməd Mirzəbəyov AÇ-2016-nın seçmə mərhələsi çərçvəsində Xorvatiyaya qarşı keçirilmiş oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Allaha şükürlər olsun ki, arzuladığımız nəticəyə nail olduq. Fikrimcə, yaxşı oynadıq. Müdafiədə yaxşı çıxış etdik, rəqibə qol vurmağa imkan vermədik. Mənim fikrimcə, hər komanda Xorvatiya ilə heç-heçə etməyə qadir deyil. Robert Prosineçki də oyundan öncə bizə demişdi ki, rəqibdən, xorvatiyalı oyunçulardan qorxmağa dəyməz. Çünki Rakitiç də, Modriç də bizim kimi adamlardır. O, həm də bizə demişdi ki, əsas öz gücümüzə inanmaqdır. Onda bizdə hər şey alınacaq. Biz də elə etdik. Nəticədə, Xorvatiya kimi güclü rəqibə məğlub olmadıq".