Kamran Ağayev: Maltadan 3 xalla qayıda bilərik
4 sentyabr 2015 15:00
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev AÇ-2016-nın seçmə mərhələsi çərçvəsində Xorvatiyaya qarşı keçirilmiş oyunu şərh edib, Malta ilə oyundan gözləntilərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çətin oyun oldu. Amma biz sonadək duruş gətirə bildik. Yaxşı matç keçirdik. Uşaqlar nəticə qazanmaq üçün əllərindən gələni etdilər. Qarşıda Malta ilə oyun var. Oraya yaxşı əhval-ruhiyyə ilə yollanırıq. Evə üç xalla qayıda bilərik".
Qeyd edək ki, Malta - Azərbaycan matçı sentyabrın 6-da keçiriləcək.