Azərbaycan millisi Maltaya yollanır
4 sentyabr 2015 14:30
Futbol üzrə Azərbaycanın əsas yığma komandası bu gün Maltaya yola düşür. Azerisport.az xəbər verir ki, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində qrupumuzun autsayderi olan maltalıların qonağı olacaq komandamızın üzvləri saat 15:00-da çarter reysi ilə səfərə yollanacaqlar.
Səfər ərəfəsində futbolçular bu gün səhər saatlarında bir məşqə də çıxıblar.
Qeyd edək ki, ötən axşam yığmamız Xorvatiya ilə ev oyununda qolsuz heç-heçəyə razılaşıb. Malta ilə səfər matçı isə sentyabrın 6-da baş tutacaq.