Qara Qarayev: Yığmamız belə azarkeş dəstəyini çoxdan idi görmürdü
4 sentyabr 2015 00:05
Azərbaycan yığmasının yarımmüdafiəçisi Qara Qarayev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı keçirilmiş oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, qolsuz bitən görüşdən sonra bunları söyləyib:
"Yığmanın çoxdan idi belə azarkeş dəstəyi olmurdu. Yaxşı nəticəyə nail olmaq istəyirdik. Xarakter nümayiş etdirdik, sona qədər mübarizə apardıq. Nəticədə, heç-heçəyə nail olduq. Bu da yaxşı nəticədir".