Niko Kovaç: Azərbaycan 1 xala layiq idi
Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan görüşən sonra bunları söyləyib:
"Biz 90 dəqiqə ərzində qol vurmağa çalışdıq. Bunun üçün şanslarımız da oldu. Amma yararlana bilmədik. Mandjukiç bir neçə qol şansını qaçırdı. Təəssüf ki, qələbə qazana bilmədik. Halbuki, bütün oyun boyu üstünlüyə malik idik. Azərbaycan yığması düzgün müdafiə olundu. Robert Prosineçkinin gəlişindən sonra Azərbaycan millisində dəyişiklik çoxdur. Rəqib təkcə müdafiə olunmaqla kifayətlənməyib, həm də hücumlar təşkil edirdi. Azərbaycanı təbrik edirəm. Komanda əla hazırlaşmışdı, məşqçi işi də hiss olunurdu. Rəqib bir xala layiq idi. Artıq Azərbaycan yığmasının 5 xal var. Üçüncü yeri tutmaq üçün şans azdı. Çünki Norveçin 10 xalı var. Oyunlar isə azdır".