Xorvatiyalı fanatlarla polis arasında qalmaqal
3 sentyabr 2015 21:20
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bakıda, "Bakcell Arena"da keçirilən Azərbaycan - Xorvatiya matçının əvvəlində qalmaqal baş verib. Azerisport.az xəbər verir ki, qonaq komandanın azarkeşlərinin yer aldığı sektorda polislərlə xorvatlar arasında dava düşüb.
Buna səbəb onların bayraq açmaq istəməsi olub. Düzdür, polislər dərhal hadisəyə müdaxilə etdiyindən qonaqların açmaq istədiyim plakatda nəyin əks olunduğunu görmək mümkün olmayıb. Tərəflər arasındakı kiçik dava-dalaşdan sonra polislər vəziyyətə nəzarəti ələ keçiriblər.