Mirhüseyn Seyidov: İki oyuna 4 xal bizim üçün maksimumdur
3 sentyabr 2015 17:40
"İnter"in yarımmüdafiəçisi Mirhüseyn Seyidov Azərbaycan yığmasının AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya və Maltaya qarşı keçirəcəyi oyunlar öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yığmamız qarşıdakı iki oyunda 4 xal toplaya bilsə, bu, böyük uğur hesab olunacaq. Əlbəttə, Xorvatiya ilə görüş çox çətin olacaq. Amma inanıram ki, futbolçularımız onlarla yaxşı oynayacaqlar. Maltaya gəlincə, onlara Bakıda qalib gəlmişdik. Bunu səfər oyununda da təkrarlaya bilərik. Şübhəsiz ki, öncədən nəsə demək çətindir. Fikrimcə, iki oyunda 4 xal maksimumdur".