Rauf Əliyev: Xorvatlar çox güclü olsalar da, bu dəfə doğma meydanda oynayacağıq
Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamsında o, bunları söyləyib:
"Hamı bilir ki, Xorvatiya ilə oyunumuz çox çətin olacaq. Onlar çox güclüdürlər. Amma biz bu dəfə evdə oynayacağıq. Rəqibin güclü olmasına baxmayaraq, sonadək mübarizə aparmağa çalışacağıq. Xorvatiya yığması hər oyuna ciddi yanaşır, heç bir rəqibə yuxarıdan aşağı baxmır. Sona qədər oynamağa, daha çox qol vurmağa çalışırlar. Ona görə də bizim bu komanda üzərində qələbə qazanmağımız möcüzəyə bərabər sayıla bilər. Lakin istənilən halda rəqibdən çəkinmirik. Komandamızda kifayət qədər təcrübəli futbolçular var ki, əvvəllər ulduz oyunçulara qarşı oynayıblar. Bir sözlə, bu, futboldur, hər şey baş verə bilər. Ola bilsin ki, bu gün futbolumuzun tarixinə önəmli bir qələbə günü kimi düşsün".