Yığmamız İtaliyanı qrup lideri etdi
AÇ-2016-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının doğma meydanda Xorvatiya ilə görüşdüyü gündə H qrupunun digər kollektivləri də meydana çıxıblar.
Belə ki, lider Xorvatiyanın əsas izləyicisi İtaliya doğma meydanda autsayder Malta ilə üz-üzə gəlib. Xorvatların Bakıdakı xal itkisindən (0:0) maksimum yararlanan İtaliya maltalıları minimal hesabla məğlub edərək, qrup liderliyini ələ keçiriblər.
Bolqarıstan isə Norveçlə münasibətlərinə aydınlıq gətirib. Matç qonaq komandanın qələbəsi ilə başa çatıb.
AÇ-2016-nın seçmə mərhələsi
H qrupu
3 sentyabr
23:45. Bolqarıstan - Norveç - 0:1
Qol: Veqard Forren, 57.
Sofiya. "Vasil Levski" stadionu. Baş hakim - Bas Neyheys (Hollandiya).
23:45. İtaliya - Malta - 1:0
Qol: Qratsiano Pelle, 69.
Florensiya. "Artemio Franki" stadionu. Baş hakim - İvan Krujlyak (Slovakiya).
1 | İtaliya | 7 | 4 | 3 | 0 | 10 | 5 | +5 | 15 |
2 | Xorvatiya | 7 | 4 | 3 | 0 | 16 | 3 | +13 | 14 |
3 | Norveç | 7 | 4 | 1 | 2 | 8 | 8 | 0 | 13 |
4 | Bolqarıstan | 7 | 2 | 2 | 3 | 7 | 8 | –1 | 8 |
5 | Azərbaycan | 7 | 1 | 2 | 4 | 4 | 11 | –7 | 5 |
6 | Malta | 7 | 0 | 1 | 6 | 1 | 11 | –10 | 1 |