AZAL heyətini gürcü futbolçu ilə gücləndirir
3 sentyabr 2015 16:00
AZAL heyətinə yeni futbolçu qatmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, paytaxt klubu gürcü futbolçu Aleksandr Quruli ilə maraqlanır.
"Təyyarəçilər" artıq onu ölkəmizə dəvət edib. 30 yaşlı futbolçu məşqçilər korpusunu qane edəcəyi halda, onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, Gürcüstanın U-21 və əsas yığma komandalarında da oynamış Qurulinin son klubu "Samtrediya" olub. Buna qədər isə o, Belarusun "Şaxytor" (Soliqorsk), ölkəsinin "Zestafoni", "Dinamo" (Batumi), "Dila", Ukraynanın "Karpatı", eləcə də Fransanın "Bulon", "Olimpik" (Lion), "Lion-Duşer" və "Leskin" klublarında oynayıb.