Arif Əsədov: Yığmamız bu gün sensasiya edə bilər
3 sentyabr 2015 15:15
Azərbaycanlı futbol mütəxəssisi Arif Əsədov milli komandamızın AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı keçirəcəyi oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Xorvatiya qrupun lideridir. Çətin rəqibdir. Amma mənə elə gəlir ki, bu oyunda sensasiya baş verə bilər. Uşaqlar ən azı bir xal ala bilərlər. Çünki indiki yığmamız Berti Foqtsun dövründəki komanda deyil. Komandada inam yaranıb. Milli üzərində böyük təzyiq yoxdur. Foqtsun dövründə qarşıya üçüncü yeri tutmaq vəzifəsi qoyulduğundan, bu, komandanı psixoloji cəhətdən təzyiqdə saxlayırdı. İndi elə hədəf də yoxdur. Həm də milli son iki oyunda dörd xal toplayıb. Əminəm ki, Osiyekdə izlədiyimiz matçın təkrarını görməyəcəyik".