Vaqif Sadıqov: Millimiz bu gün öz oyunuyla düzgün yolda olduğunu göstərməlidir
3 sentyabr 2015 12:40
AFFA-nın Məşqçilər Komitəsinin rəhbəri Vaqif Sadıqov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Xorvatiya matçı ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Milli komandamızın son oyunları göstərir ki, bu gün qrupumuzun liderinə qarşı ən yaxşı oyunlarımızdan birini keçirə bilərik. Robert Prosineçki yığmada özünəinamı geri qaytarıb. Biz meydanda bunu görə biləcəyik. Bizi hansı rəqiblə oyun gözlədiyini yaxşı başa düşürəm. Amma mən millimizin yaxşı oyun sərgiləyəcəyinə inanıram. Hansı ki, biz belə oyunu çoxdan gözləyirik. Bu gün millimiz düzgün yolda olduğunu göstərməlidir".