Qarabağ Avropa Liqasına 24 futbolçu ilə gedir
"Qarabağ" Avropa Liqasının qrup mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Azerisport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın sifariş vərəqəsində 24 futbolçunun adı yer alıb.
Onlardan üçü qapıçı, altısı müdafiəçi, on ikisi yarımmüdafiəçi, üçü isə hücumçudur.
Qapıçılar: 1. Fərhad Vəliyev, 13. İbrahim Şehiç, 94. Halit Oğuzhan;
Müdafiəçilər: 5. Maksim Medvedev, 14. Rəşad Sadiqov, 19. Azər Salahlı, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov;
Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Vüqar Mustafayev, 8. Miçel, 10. Dani Kintana, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 67. Əlhərbi El Jadeyui, 70. Çumbinyo, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev;
Hücumçular: 9. Reynaldo, 29. Raydell Pupon, 90. Samuel Armenteros.
Qeyd edək ki, "Qarabağ" qrup mərhələsində İngiltərənin "Tottenhem", Fransanın "Monako" və Belçikanın "Anderlext" klubları ilə mübarizə aparacaq.