AFFA-nın prezidenti milli komanda ilə görüşüb
3 sentyabr 2015 00:40
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də keçiriləcək Azərbaycan – Xorvatiya oyunu ərəfəsində AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının üzvləri ilə görüşüb. Azerisport.az xəbər verir ki, Abdullayev millimizə uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.
AFFA-nın baş katibi Elxan Məmmədov da bu görüşdə iştirak edib.