Azərbaycan Belarusa yenə qalib gəldi
3 sentyabr 2015 00:30
Futzal üzrə Avropa çempionatının pley-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası Belarus yığması ilə növbəti yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, "ABU Arena"da keçirilmiş oyunda millimiz 2:1 hesabı ilə qalib gəlib.
Millimizin hər iki qolunu Rafael Durval vurub.
Xatırladaq ki, bu komandalar arasında avqustun 31-də keçirilmiş oyun millimizin 5:2 hesablı qələbəsi ilə yekunlaşmışdı.