Sezar Meza Kolli: Derlis Avroliqada Qəbələyə kömək edə biləcək
"İnter"in sabiq futbolçusu Sezar Meza Kolli qardaşı Derlis Meza Kollinin "Qəbələ"yə transferini şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu xəbər məni sevindirdi. Çünki Derlis Azərbaycanı tərk etmək istəmirdi. "İnter"dəki şərtlər və şərait hər ikimizi qane edirdi. Amma bu klubda baş verənlərdən sonra ayrılmaq məcburiyyətində qaldıq. İndi qardaşımın "Qəbələ"yə keçməsinə şadam. Bu, güclü klubdur. Bunu "İnter"də çıxış edərkən də gördüm. Elə onların Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması da çox şeydən xəbər verir. Qardaşım "Qəbələ"nin əsas heyət oyunçularından biri olacaq və avrokuboklarda onlara kömək edəcək. Təəssüf ki, mənim özümə heç bir təklif gəlməyib. Dəvət gəlsəydi, düşünərdim. Fikrimcə, "Qəbələ" Topaz Premyer Liqasının qalibi olmağa da əsas namizədlərdən olacaq".