Fotoreportaj|Video|На русском

Futbol

Tahir Gözəl: Bütün ölkə Qarabağla qürur duyacaq

2 sentyabr 2015 14:15

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində İsveçrənin "Yanq Boyz" komandasını hər 2 oyunda məğlub edərək ardıcıl 2-ci dəfə qrup mərhələsində iştirak etməyə haqq qazandı. Azerisport.az xəbər verir ki, komandaya yaxşı və ya pis gündə dəstəyini əsirgəməyən klubun prezidenti Tahir Gözəlin böyük rolu var. O, klub saytına müsahibəsində "Yanq Boyz"la görüşləri, qrup mərhələsini, transferləri dəyərləndirib.

- "Yanq Boyz"la oyun barədə nə deyə bilərsiniz?
- Doğrudan da çox möhtəşəm qələbə idi. Futbol camiəsində olanlar, bir çox məşhur məşqçilər, futbolu bilənlər bizə ismarıc göndərdi ki, müasir Azərbaycan futbolu tarixində oynanılan ən gözəl futbol idi. Möhtəşəm və qürur dolu gecə idi. Bütün Azərbaycan futboldan həzz ala-ala bir matç izlədi. Hər şey olduqca gözəl idi.

- Hər nə qədər möhtəşəm qarşılaşma olsa da tribunalarda boşluqlar gözə çarpırdı.
- Dünyada futbol 2 prinsip üzərində qurulub. Futbol sevgisi, emosiyanı, eşqini bildirən fanatlıq digər tərəfi isə puldur. Pul bir klubun qanı kimidir. Və təbii ki, tərəfdarlar oyuna gəlib pul verməsə, tribunaları doldurmasa, biz müəyyən səviyyədən yuxarı çıxa bilməyəcəyik. Bir sponsorun dəstəyi ilə müəyyən səviyyəyə qədər yüksələ biləcəyik. Dünya futbolunda sponsor gəliri digər gəlirlərdən – televizordan, marketinqdən, tərəfdarlardan gələn gəlirin bir hissəsidir. Ölkəmizdə isə sponsor demək olar ki, klubun tək gəlir qaynağıdır. Bu, əlbəttə "Qarabağ"ın böyüməsini məhdudlaşdırır. Klubun böyüməyini istəyirsək, gərək hər kəs bu işə qoşulsun. Fanat olmaq, tərəfdar olmaq sadəcə, istəməklə olmur, hərəkətə keçmək lazımdır. Güman edirəm ki, biletlə bağlı yürütdüyümüz siyasət düzgündür. İnanıram ki, komandanın möhtəşəm oyununu görüb stadiona can atacaqlar və o boşluqlar dolacaq.

- "Qarabağ" müntəzəm olaraq avrokuboklarda çıxış edir. Fərqli ölkələrdəki qarşılaşmalar Qarabağ reallığının təbliğatı naminə ölkəmizə siyasi, mənəvi dəstəkdir, təbliğatdır. Bu öz yerində. Bəs avrokuboklarda iştirak, fərqli klublarla tanışlıq futbol münasibətləri xaricində nə kimi fayda gətirir?
- Qarşılaşdığımız klubların tarixindən, təcrübəsindən çox şey öyrənirik. Aramızdakı ünisyyət zamanı fərqli mövzuları müzakirə edirik. Avropada klub rəhbərləri nüfuzlu şəxslərdir. Onlarla söhbətlərimizdə Qarabağla bağlı həqiqətləri, məcburi köçkünlərlə bağlı lazımi dərəcədə informasiya veririk. Bundan əlavə biz onlarla hansısa layihələr qurmağı planlaşdırırıq. Məsələn, "Yanq Boyz"un sahibi cənab Reys eşitmə problemi olan insanlar üçün cihaz istehsalıyla dünyada məşhurlaşıb. Sərvətini bununla qazanıb. Mənimlə söhbətdə bunu vurğulayarkən Azərbaycanda eşitmə əngəlli çoxlu uşağımızın olduğunu bildirdim. Ona dedim ki, əgər xeyirxahlıq etmək istəyirsinizsə və əminəm ki, xeyriyyə tədbirlərində mütləq iştirak edirsiniz. Bizlə - "Azersun Holdinq"lə birlikdə işləsək, bu layihə çərçivəsində bir çox ehtiyacı olanları pulsuz bu cihazla təmin edə bilərikmi" deyə soruşdum. O da məmnuniyyətlə bu layihəyə qoşulmaq istədiyini, Azərbaycanda bu məsələdə peşəkar təhcizatın olmadığını, ancaq belə tələbat olarsa, birgə işləməkdə maraqlı olduğunu və böyük məmnuniyyətlə yardım edə biləcəyini bildirdi. Bu tipli görüşlərin siyası, ictimai, dostluq münasibətləri baxımından çox önəmlidir. Sizə sadəcə, bir nümunə dedim.

- Transferlərlə bağlı nə deyə bilərsiniz? İctimayyəti ən çox "Qarabağ"ın transfer gündəmi məşğul edib.
- Biz həmişə demişik. Qurban müəllimdən tələb gəldiyi zaman maddi imkanlarımız daxilində maksimum şəkildə ən yaxşısını etməyə çalışacağıq. Çox sağ olsun prezidentimiz cənab İlham Əliyev, ötən il "Qarabağ"ın çıxışını yüksək qiymətləndirərək büdcədən kluba 1 milyon pul ayırdı. Bunlar hamısı "Qarabağ"da qalır. Bizim üçün müqəddəs əmanətlərdir. Heç kim ona toxunmur. Onlar bizim büdcəmizdə qalıb. Bu gün mərkəzi arenanın qazonun təmirindən tutmuş, yeni futbolçu alımına qədər bu bizə dəstək verir. Hocamızın bir neçə futbolçu istəyi oldu. O futbolçuların "Qarabağ"a böyük köməyi olacağını düşünürəm. Mənim fikrim odur ki, gələn futbolçu mütləq "Qarabağ"ın səviyyəsini qaldırmalıdır. Eyni səviyyədə olsa, əhəmiyyəti yoxdur. İmkanlarımız məhduddur. Xərclədiyimiz hər bir pulun faydası olmalıdır. Gələn hər bir futbolçu Azərbaycan futboluna, "Qarabağ"a xeyir verməlidir. Qurban müəllim çox yaxşı futbolçular seçib. Biz də rəhbərlik olaraq hər zamankı kimi baş məşqçimizin arxasındayıq, ona inanırıq.

- Qarşıda çətin mövsüm başlayır. Nə gözləyirsiniz?
- İnşallah, 1-2 transferlə məqsədimiz, bu rəqiblərə çox çətin rəqib olmaqdır. "Monako"nun rəsmisi də bunu vurğulayıb ki, "Qarabağ" zəif rəqib deyil. Onlara qarşı çətin olacaq. Bir daha onu demək istəyirəm ki, rəhbərlik olaraq klubumuzun, Qurban Qurbanovun arxasında möhkəm dayanmışıq. Biz əlimizdən gələn gücü, maksimum dəstəyi verməyə çalışırıq. Mən həmişə demişəm ki, həyatda əlindən gələnin maksimumunu etməyə çalış, qalanı da bəxtin, həyatın, Allahın təqdirinə burax. İnşallah, mən hesab edirəm ki, Azərbaycan güclü, imanlı və inamlı komanda görəcək. Nəticənin nə olmasından asılı olmayaraq bütün ölkə "Qarabağ"la qürur duyacaq.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah