Qəbələnin rəqibi Berbatovla gücləndi
2 sentyabr 2015 14:45
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi - Yunanıstanın PAOK klubu heyətini yeni futbolçu ilə gücləndirib. Azerisport.az xəbər verir ki, Saloniki təmsilçisi bolqarıstanlı ulduz futbolçu Dimitar Berbatovu heyətinə qatıb.
34 yaşlı futbolçu ilə 2017-ci ilədək müqavilə imzalanıb.
Qeyd edək ki, Bolqarıstan yığmasının ən tanınmış üzvlərindən olmuş Dimitar karyerası ərzində Almaniyanın "Bayer", İngiltərənin "Tottenhem", "Mançester Yunayted" və "Fulhem" klublarında çıxış edib. Onun son klubu isə Fransa "Monako"su olub.