Matiya Şpiçiç: Azərbaycan Xorvatiyaya 0:6 hesabıyla uduzduğu dövrlə müqayisədə daha güclüdür
2 sentyabr 2015 14:30
"İnter"in sabiq futbolçusu Matiya Şpiçiç AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan və Xorvatiya yığmaları arasında keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb. Xorvatiyalı futbolçu azerisport.az saytına açıqlamasında bunları söyləyib:
"Əminəm ki, çox maraqlı oyun olacaq. Bu komandalar arasındakı ilk matçı izləmişəm və nəticəsini də yaxşı xatırlayıram. Fikrimcə, qarşıdakı oyun daha maraqlı və gərgin keçəcək. Həmin oyundan çox vaxt keçib. İndi Azərbaycan yığması o dövrdəki kimi zəif deyil, daha yaxşı oynayır. Klublarınızdan da ikisi eyni vaxtda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Fikrimcə, futbolçularınızda indi öz güclərinə inam hissi daha yüksəkdir. Fikrimcə, Xorvatiya yığmasına asan olmayacaq".