Vüqar Mustafayev: Ümid edirəm ki, yeni transferlərimiz faydalı olacaq
2 sentyabr 2015 14:00
"Qarabağ"ın yarımmüdafiəçisi Vüqar Mustafayev Avropa Liqasında "Tottenhem" (İngiltərə), "Monako" (Fransa) və "Anderlext"lə (Belçika) bir qrupa düşmələrinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qrupumuzda güclü və adlı-sanlı klublar cəmləşib. Amma "Qarabağ" bu klublarla bərabər səviyyədə mübarizə aparmağa qadirdir. Bu, futboldur, hər şey mümkündür. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticəyə imza ataq".
Mustafayev həmçinin Ağdam klubunun yeni transferlərindən də söz açıb: "Ümid edirəm ki, yeni futbolçularımız komandaya fayda verəcəklər".