Perişiç: Azərbaycana ilk oyunda qol vursam da, Bakıda tam fərqli görüş olacaq
2 sentyabr 2015 00:25
Xorvatiya yığmasının və Milan "İnter"inin (İtaliya) hücumçusu İvan Perişiç AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Yığmaya dərhal uyğunlaşmaq bir qədər asan deyil. Amma fikrimcə, Azərbaycanla oyun bizim üçün uğurlu alınacaq. Mümkün qədər tez və birinci qol vurmalıyıq. İlk matçda mən onlara qol vurmuşdum. Amma bu dəfə tam fərqli oyun olacaq. Ümid edirəm ki, həm Azərbaycana, həm də Norveçə qalib gələcəyik. Azərbaycanda isti hava olacağını düşünürük. Daha sonra isə Norveçlə oyunu düşünməliyik. İki qələbə ilə oktyabr ayına olan bütün məsələləri həll etmiş olarıq".