İlqar Qurbanov: Qarabağ Avroliqada ən güclü qruplardan birində düşüb
1 sentyabr 2015 14:06
"Qarabağ"ın müdafiəçisi İlqar Qurbanov Avropa Liqasında İngiltərənin "Tottenhem", Fransanın "Monako" və Belçikanın "Anderlext" klubu ilə bir qrupa düşmələrinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Maraqlı qrupdur. Həm də Avroliqanın ən çətin qruplarından birində oynayacağıq. "Tottenhem", "Monako" və "Anderlext" kimi rəqiblərə qarşı oynamaq bizim üçün əla bir şansdır. Azarkeşlər üçün də maraqlı oyunlar olacaq. Layiqli çıxış etməyə çalışacağıq. Şanslarımıza gəlincə, futbolda hər şey mümkündür. İlk matçımızı səfərdə "Tottenhem"ə qarşı keçirməyimizin heç bir xüsusi önəmi yoxdur. Onsuz da bütün rqiblərimizlə həm evdə, həm də səfərdə oynamalı olacağıq".