Elxan Məmmədov: Cavid Hüseynovla bağlı istintaq bitəndən sonra addım atacağıq
1 sentyabr 2015 14:00
AFFA-nın baş katibi Elxan Məmmədov "Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynovla bağlı məlum hadisələrə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz bu məsələ ilə bağlı öz fikrimizi bildirmişik. Cavid Azərbaycan futbolu üçün vacib oyunçudur. Bu hadisə baş verənə qədər yaxşı forma toplamışdı. Robert Prosineçki də yığma komandada ona güvənirdi. Təəssüf ki, hər şey belə alındı. Onun dönüşünə ümid edirik. Bu məsələ ilə bağlı rəsmi olaraq heç bir yerə müraciət etməmişik. İstintaq başa çatdıqdan sonra müvafiq addımlar atacağıq".