Elxan Məmmədov: Sponsor iştirakçı klublar üçün bir stimuldur
1 sentyabr 2015 13:45
AFFA-nın baş katibi Elxan Məmmədov "Boulevard Hotel Baku" ilə sponsorluq müqaviləsi bağlamalarına münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Azərbaycan futbol ailəsinə yeni üzv qoşuldu. Bu, "Boulevard Hotel Baku"dur. Bu otelin təkcə yığma komandamıza yox, eyni zamanda U-15 liqasına sponsorluq etməsi bizi çox sevindirir. Bu, sözügedən turnirdə iştirak edən komandalar üçün bir stimuldur. Bütün bunları nəzərə alaraq, otelə AFFA prezidenti Rövnəq Abdullayevin adından təşəkkürümü bildirirəm".