Azərbaycan yığması üçün yeni sponsor
1 sentyabr 2015 13:00
Bu gün AFFA ilə "Boulevard Hotel Baku" arasında sponsorluq müqaviləsi imzalanıb. Azerisport.az xəbər verir ki, tərəflər arasındakı anlaşmaya görə, "Boulevard Hotel Baku" Azərbaycan yığma komandasının sponsoru olub.
Sözügedən otel eyni zamanda U-15 Liqasının da sponsoru olacaq. Sənədi AFFA-nın baş katibi Elxan Məmmədovla "Boulevard Hotel Baku"nun baş meneceri Valentin Osolos imzalayıb.
İmzalanma mərasimindən sonra Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Osolosu millimizin forması ilə mükafatlandırıb.