Dmitri Bezotosnı Azərbaycan çempionatında oynamaq istəmirmiş
31 avqust 2015 18:20
"Qəbələ"nin qapıçısı Dmitri Bezotosnı Azərbaycandakı karyerası ilə bağlı açıqlama verib. Azerisport.az xəbər verir ki, o, Ukrayna mətbuatına açıqlamasında bunları söyləyib:
"Odessanı, "Çernomorets"i tərk etmək ağır idi. Daha bir neçə il bu klubda oynadıqdan sonra, elə "Çernomorets"də hansısa strukturda çalışmaq fikrim var idi. Mənim nəinki başqa ölkəyə getməyə, heç Odessanı tərk etməyə belə fikrim yox idi. Xaricdə oynamaq variantına baxmırdım da. Amma Roman Qriqorçuk dəvət etdi və faktla danışdı. Onun fikrini öyrənəndən sonra inandım və Azərbaycana getməyə qərar verdim".