Azərbaycan yığması 14-cü pillədə
31 avqust 2015 17:00
FİFA futzal üzrə yığma komandaların yeni reytinq cədvəli açıqlanıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması siyahıda əvvəlki mövqeyini qoruyub.
Belə ki, komandamız 1354 xalla yenə 14-cü pillədə qərarlaşıb.
AÇ-2016-ya vəsiqə uğrunda pley-off oyunları keçirəcəyi Slovakiya isə 1219 xalla 23-cü pillədə gedir.
DÇ-2016-nın seçmə mərhələsindəki rəqiblərimizə gəlincə, Xorvatiya 1340 xalla 15-ci, Belarus 1230 xalla 22-cidir.
İlk üçlükdə qərarlaşan komandalar isə bunlardır: İspaniya (1922), Braziliya (1900), Rusiya (1746).