Bədavi Hüseynov: Xorvatiya yığmasından xal almaq çox çətin olacaq
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Avropa Liqasının qrup mərhələsində İngiltərənin "Tottenhem", Fransanın "Monako" və Belçikanın "Anderlext" klubları ilə bir qrupa düşmələrinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ" çətin qrupa düşüb. Rəqiblərimizin hamısı adlı-sanlı klublardır. Çox maraqlı oyunlar olacaq. "Anderlext", "Monako" və "Tottenhem"lə görüşlərdə böyük təcrübə toplayacağıq. Təbii ki, Azərbaycanı layiqincə təmsil etməyə çalışacağıq".
Bədavi millimizin qarşıdakı Xorvatiya və Malta ilə seçmə mərhələ oyunlarından da danışıb: "Seçmə mərhələdə də bizi iki çətin oyun gözləyir. Əlbəttə, hər iki oyunda xal qazanmaq istəyirik. Amma bu, çox çətin olacaq. Xüsusilə də Xorvatiya ilə görüşdə. Lakin buna çalışmağa borcluyuq. Xorvatiya kimi rəqiblə oynamaq həmişə maraqlıdır. Çünki yüksək səviyyəli futbolçulara qarşı mübarizə aparacağıq. Bu komandanın heyəti dünya səviyyəli ulduzlardan ibarətdir. Ona görə də 90 dəqiqə diqqətli və soyyuqanlı olmalıyıq".