Sumqayıt Qaradağ Lökbatanla yoxlama oyunu keçirəcək
31 avqust 2015 12:40
Topaz Premyer Liqasının 4-cü turunda "Kapital Bank Arena"da elitanın debütantı "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, milli komandanın oyunları səbəbindən Liqada baş tutmuş fasilə ilə əlaqədar olaraq Aqil Məmmədovun komandası "İnter"lə yoxlama oyunu keçirməli idi.
Lakin bu oyun müəyyən səbəblərdən baş tutmayacaq. Əvəzində "Sumqayıt" "Qaradağ Lökbatan" ilə qüvvəsini sınayacaq. Həmin oyun sentyabrın 2-də saat 18:00-da "Kapital Bank Arena"da keçiriləcək.
Qeyd edək ki, 4-cü turda "Zirə" ilə Sumqayıtda baş tutacaq qarşılaşma sentyabrın 13-də olacaq.