AZAL Neftçi ilə görüşəcək, Xəzər Lənkəranla oyun baş tutmadı
31 avqust 2015 12:00
Yoxlma oyunlarını davam etdirən AZAL sentiyabrın 5-də daha bir görüş keçirəcək. Azerisport.az xəbər verir ki, bu dəfə komandanın rəqibi “Neftçi” olacaq.
Matç İsmət Qayıbov adına stadionda baş tutacaq. Qeyd edək ki, AZAL sentyabrın 2-də “Xəzər Lənkəran”la qarşılşamalı idi. Bu barədə hər iki klubun rəsmiləri razılıq əldə etmişdi. Lakin sonradan lənkəranlılılar Bakıya gələ bilməyəcəklərini bildirib və görüşdən imtina ediblər. Səbəb kimi isə “Xəzər Lənkəran”ın İrana təlim-məşq toplanışına yollanması göstərilib.