Millimiz Belarusla yoxlama matçı keçirəcək
31 avqust 2015 11:00
Futzal üzrə Avropa çempionatının pley-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, millimiz "ABU Arena"da Belarus yığması ilə qarşılaşacaq.
Qarşılaşma saat 20:30-da başlayacaq.