Qəbələnin rəqibi məğlub oldu
31 avqust 2015 01:30
Yunanıstan çempionatında 2-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan PAOK da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Pas Qyannina" ilə qarşılaşıb. Matç "Qəbələ"nin rəqibinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, geridə qalan iki turda cəmi 1 xal toplamış PAOK hazırda 16 klub arasında 12-cidir.