Budaq oynadı, komandası ilk qələbəsini qazandı
31 avqust 2015 01:00
Türkiyə PTT 1-ci liqasında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Kayseri Ərciyəsspor"la qarşılaşıb. Matç futbolçumuzun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Budaq sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Qaziantep BB" cari mövsümdə qazandığı ilk qələbə sayəsində 5 xalla 8-ci pilləyə yüksəlib.