İsrafilov ehtiyatda qaldı, komandası ikinci pilləyə yüksəldi
31 avqust 2015 00:15
İspaniya La Liqasında ikinci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Eybar" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Atletik"lə qarşılaşıb. Matç futboçumuzun komandasının inamlı qələbəsi ilə başa çatıb - 2:0. İsrafilov matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Eybar" hazırda 6 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.