Qəbələnin rəqibi Hertanı məğlub yola saldı
30 avqust 2015 20:30
Almaniya Bundesliqasında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan Dortmund "Borussiya"sı da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Herta" ilə qarşılaşıb. Matç "Qəbələ"nin rəqibinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Dortmundluların qollarını Mats Hummels, Pyer-Emerik Obameyanq və Adrian Ramos vurub.
Qeyd edək ki, "Borussiya" hazırda 9 xalla liderdir.