Qriqorçuk Mxitaryanla bağlı vəziyyətə toxundu: qanuna riayət etmək lazımdır
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsində onlara rəqib olan Almaniyanın "Borussiya" (Dortmund) klubunun erməni yarımmüdafiəçisi Henrix Mxitaryanın Azərbaycana gəlişi ilə bağlı yaranmış situasiya ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənim bu məsələyə münasibətim belədir ki, qanun hər kəs üçün qanundur. Qanuna riayət etmək lazımdır. Ona görə də bu barədə başqa heç nə demək istəmirəm".
Qeyd edək ki, Mxitaryan 2011-ci ildə qondarma Dağlıq Qarabağ Respublikasına səfər etdiyi üçün Azərbaycan qanunlarını kobud surətdə pozub. Bu isə onun Azərbaycana gəlişinin mümkünsüz olmasından xəbər verir. Azərbaycan qanunlarına görə, işğal altında olan torpaqlarımıza icazəsiz səfər etmiş şəxslər ölkəmizə qanuni şəkildə gələrsə, 5 ilədək həbs cəzası ala bilər.