Erat qol vurdu, Fortuna qalib gəldi
30 avqust 2015 00:30
Almaniya Qərb Regional Liqasında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası səfərdə "Erndtebryuk"la qarşılaşıb. Görüş futbolçumuzun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat sonadək mübarizə aparıb. Matçdakı yeganə qolu da məhz 41-ci dəqiqədə Toğrul vurub.
Qeyd edək ki, Toğrulun komandası hazırda 8 xalla 19 klub arasında 7-ci pillədə qərarlaşıb.