Paşayev oynadı, Metallurq yenə məğlub oldu
29 avqust 2015 17:30
Ukrayna çempionatında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası - "Metallurq" da növbəti matçına çıxıb.
Zaporojye klubu səfərdə Donetsk "Şaxtyor"u ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Pavel sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Metallurq" geridə qalan turlarda cəmi 2 xal qazanıb və 14 klub arasında 13-cü pillədə qərarlaşıb.