Panatinaikosun prezidenti: Azarkeşlərin narazı qalmağa haqqı var
28 avqust 2015 16:15
Yunanıstanın "Panatinaikos" klubunun prezidenti Yannis Alafozus Avropa Liqasının pley-off mərhələsində "Qəbələ"yə qarşı keçirdikləri cavab matçından (2:2, ilk oyun 0:0) sonra bunları söyləyib:
"Qarşılaşmanın nəticəsi bizim üçün alçaldıcıdır. Amma biz özümüzdə güc toplamalı və mübarizəmizi davam etdirməliyik. Çünki başqa çıxış yolumuz yoxdur. Düzdür, oyunda bir sıra səhvlərimiz oldu. Amma biz yolumuza davam edirik. Komanda üzvləri və baş məşqçi işini davam etdirəcək. Azarkeşlərimizin bizdən narazı qalmağa haqqı var. Çünki komandaları Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazana bilmədi".