Arif Əsədov: Azarkeşlər Qarabağ üçün 12-ci oyunçu olmalıdırlar
Məşqçi Arif Əsədov "Qarabağ"ın UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiya "Seltik"inə qarşı keçirəcəyi cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"ın şansı qalır. Amma hazırda "Seltik" daha şanslı görünür. Çünki evdə 1:0 hesabıyla qələbə qazanıblar. Deyərdim ki, şanslar 40-ın 60-a şotlandların xeyrinədir. Lakin Ağdam klubu bu gün evdə, doğma azarkeşləri qarşısında oynayır. Azarkeşlərin ağdamlılar üçün 12-ci oyunçu olması vacibdir. "Seltik" çox güclü komandadır. Hələ ilk oyundan əvvəl demişdim ki, şotlandlar standart vəziyyətlər zamanı yaxşı oynayırlar. "Qarabağ" ev oyununda mütləq qol və qollar vurmalıdır. Fikrimcə, baş məşqçi komandanın qol buraxmadan fərqlənməsi üçün müvafiq planlar hazırlayıb".