Azərbaycanlı forvard Jetısu ilə anlaşdı
4 avqust 2015 19:30
Azərbaycanın gənclərdən ibarət yığma komandasının hücumçusu Elbəy Quliyev özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra Qazaxıstanın "Jetısu" klubunda çıxış edəcək.
Qeyd edək ki, Quliyev müqavilə ilə Rusiyanın "Ural" klubuna məxsusdur. Bu üzdən də o, Qazaxıstan klubuna icarəyə verilib.