Seltikin oyunçuları Bakıda kökçün uşaqlarla görüşdülər
4 avqust 2015 18:30
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"ın qonağı olacaq Şotlandiyanın "Seltik" klubu artıq Bakıdadır. Azerisport.az xəbər verir ki, bu gün komandanın bir neçə futbolçusu və məşqçisi Zəngilan rayonundan olan məcburi köçkün uşaqların təhsil aldığı №4-li məktəbə baş çəkiblər.
"Seltik"in rəsmi saytının yazdığına görə, oyunçular Kreyq Qordon, Nadir Çiftçi, məşqçilər Con Kollinz, Con Kennedi burada təhsil alan uşaqlarla görüşüblər. Həmin uşaqlar "Seltik"in üzvləri ilə futbol oynamaq imkanı da qazanıblar. Şotlandiya klubunun nümayəndələri uşaqlara top və forma hədiyyə ediblər. Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddik "Seltik"ə bu xeyirxahlığına görə təşəkkürünü bildirib.