Seltiki Qarabağla oyunda 200 azarkeş dəstəkləyəcək
4 avqust 2015 18:00
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"ın qonağı olacaq Şotlandiya "Seltik"i Bakıda dəstəksiz qalmayacaq. Azerisport.az xəbər verir ki, Qlazqodan Azərbaycan paytaxtına 200-ə yaxın azarkeş gəlib.
Qeyd edək ki, "Qarabağ" - "Seltik" matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:30-da start götürəcək.