Nurlan Novruzov Türkiyə klubunda
4 avqust 2015 14:00
"Bakı"nın futbolçusu Nurlan Novruzov karyerasını Türkiyədə davam etdirəcək. Klubun vitse-prezidenti Yaşar Seyidovun azerisport.az saytına verdiyi məlumata görə, Novruzov Türkiyə birinci liqasında mübarizə aparan "Elazığspor"a transfer olunub:
"Türkiyə klubundan bizə rəsmi məktub gəlmişdi. Futbolçu özü də orada oynamaq istədiyini bildirdi. Nəticədə Nurlanın transferinə razılıq verdik. Onun yeni komandası yaxın aylarda bizə təzminat ödəyəcək. Yeni klubuyla futbolçumuz 1 illik müqavilə imzalayacaq".