Qarabağ - Seltik matçına demək olar ki, bütün biletlər satılıb
4 avqust 2015 13:45
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Şotlandiya "Seltik"i arasındakı cavab matçına bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, son məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında 27 min bilet satılıb.
Günün sonunadək bütün biletlərin satılıb qurtarması gözlənilir.
Qeyd edək ki, "Qarabağ" - "Seltik" matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:30-da start götürəcək.