UEFA Apollonun Cavidlə bağlı şikayətinə baxır
4 avqust 2015 11:30
Kiprin "Apollon" klubu Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə ev oyununda (1:1) qonaq komandanın kapitanı Cavid Hüseynovun jesti ilə bağlı UEFA-ya şikayət etmişdi. Azerisport.az xəbər verir ki, hazırda qitə futbol qurumu bu şikayətə baxmaqla məşğuldur.
Kipr təmsilçisi oyunda yaranmış 15 dəqiqəlik fasilənin əsas səbəbkarı kimi məhz Cavidi göstərib. Guya hər şeyə məhz onun penalti qolundan sonrakı jesti səbəb olub. Halbuki, artıq penalti təyin olunan kimi stadionda vəziyyət yetərincə gərginləşmişdi.