AZAL yığmamızın sabiq üzvünü heyətinə qatdı
4 avqust 2015 11:00
AZAL Azərbaycan yığmasının daha bir sabiq üzvünü heyətinə qatıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu müdafiəçi Rail Məlikovla güclənib.
Artıq tərəflər müqavilə də bağlayıblar. Tərəflər bir illik anlaşmaya imza atıblar.
Qeyd edək ki, Railin son klubu Türkiyənin "Dənizlispor" klubu olmuşdu.