UEFA Qarabağ - Seltik matçı ilə bağlı yekun qərarını açıqladı
4 avqust 2015 00:30
UEFA Azərbaycan çempionu "Qarabağ"la Şotlandiya "Seltik"i arasında Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək cavab matçının stadionunu təsdiqləyib. Azerisport.az xəbər verir ki, matç öncədən planlaşdırıldığı kimi, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Qeyd edək ki, mərkəzi arenanın qazonunda problemlər yarandığından oyunun başqa stadionda keçirilməsi ilə bağlı ehtimallar yaranmışdı. Ancaq UEFA yekun qərarını məhz bu stadionun lehinə çıxarıb: "Heç bir dəyişiklik yoxdur. Qarşılaşma planlaşdırıldığı meydanda keçiriləcək". (L’Equipe)
"Qarabağ" - "Seltik" matçı avqustun 5-də keçiriləcək və saat 21:30-da start götürəcək.