Kvekveskiri: Mümkünsüz heç nə yoxdur
4 avqust 2015 00:05
"İnter"in yarımmüdafiəçisi Nika Kvekveskiri Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İspaniyanın "Atletik" klubuna qarşı keçirəcəkləri cavab matçı (ilk oyun 0:2) öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bilbaodakı oyun gözlədiyimiz kimi, çətin keçdi. Çox təəssüf ki, süpriz edə bilmədik. Halbuki, azarkeşlərimizi sevindirməyi çox istəyirdik. Amma əlimizi yanımıza salmağa dəyməz. Qarşıda cavab oyunu var. Öz azarkeşlərimizin dəstəyi ilə daha yaxşı oynamağa çalışacağıq. Şübhəsiz ki, yenə də çətin olacaq. Lakin mümkünsüz heç nə yoxdur".