Mindauqas Kalonas: Yeni mövsümün startını səbrsizliklə gözləyirəm
3 avqust 2015 19:45
"Rəvan" Premyer Liqanın yeni mövsümü öncəsi növbəti transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu sabiq futbolçusu Mindauqas Kalonası heyətinə qatıb.
Artıq litvalı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb. Bunu azerisport.az saytına açıqlamasında futbolçunun özü də təsdiqləyib:
"Rəvan"a keçdiyim üçün şadam. Səbrsizliklə çempionatın başlamasını gözləyirəm. Komandanın tərəfdarlarını qollarla sevindirməyə çalışacağam. Ümid edirəm ki, hər şey yaxşı olacaq".
Qeyd edək ki, Kalonas 2012/13 mövsümündə məhz "Rəvan"dakı çıxışı ilə Azərbaycanda tanınıb. Daha sonra isə o, "Bakı" və "Simurq"a keçmişdi.